Qəddafinin oğlu həbsdən azad olundu

Qəddafinin oğlu həbsdən azad olundu
  06 Sentyabr 2021    Oxunub:733
2011-ci ildə kütləvi etirazlar zamanı öldürülən Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi həbsdən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə “AFR” Liviyanın Ədliyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Saadi məhkəmə qərarına əsasən azadlığa çıxıb. Bu addım baş prokurorun tövsiyəsinə uyğun olaraq atılıb. 47 yaşlı Saadinin harada olduğu barədə hələlik rəsmi məlumat yoxdur. Bir sıra yerli KİV-lər isə onun artıq Türkiyəyə uçduğu barədə xəbərlər yayıb.

Saadi Qəddafi atası deviləndən sonra Nigerə qaçmışdı. 2014 -cü ildə isə Liviyaya təhvil verildi. Keçmiş peşəkar futbolçu Tripoli həbsxanasında saxlanılırdı. O, 2011-ci ildə nümayişçilərə qarşı cinayətlərdə və 2005-ci ildə liviyalı futbol məşqçisi Bəşir əl-Ryanini öldürməkdə ittiham olunurdu. 2018 -ci ilin aprelində Apellyasiya məhkəməsi öldürmək ittihamı ilə bağlı Qəddafiyə bəraət verdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Liviya  





Xəbər lenti