"Taliban" Əfqanıstanda müharibənin bitdiyini elan edib

"Taliban" Əfqanıstanda müharibənin bitdiyini elan edib
  06 Sentyabr 2021    Oxunub:923
“Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid Əfqanıstanda müharibənin bitdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə o, brifinqdə deyib.

"Əfqanıstanda müharibə bitdi. İndi ölkəni yenidən qurmaq üçün birlikdə çalışacağıq", - Mücahid vurğulayıb.

O daha əvvəl Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin tamamilə “Taliban”ın nəzarətinə keçdiyini söyləyib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib ediblər.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Əfqanıstan  





Xəbər lenti