Ermənilərdən Peqovsayağı lətifə: "Stadiondayam, almanlar qol vurmayıblar"

   Ermənilərdən Peqovsayağı lətifə:    "Stadiondayam, almanlar qol vurmayıblar"
  06 Sentyabr 2021    Oxunub:1764
Dünən “Dünya Çempionatı-2022”nin seçmə mərhələsi çərçivəsində oynanılan Almaniya-Ermənistan matçının 6:0 hesabı ilə bitməsi erməni cəmiyyətində və mətbuatında narazılıqla qarşılanıb.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində milli komandanın biabırçı məğlubiyyəti lağa qoyulur. Erməni mediası daha çox İkinci Qarabağ müharibəsi zamanı dezinformasiya yaymaqla məşğul olan təxribatçı jurnalist Semyon Peqovun məşhur sitatını xatırladaraq öz yığmalarını ələ salır. Sosial şəbəkələrdə trendə çevrilən başlıq isə belədir: “Mən stadiondayam, almanlar bir dənə də olsun qol vura bilməyiblər-Peqov”. Bəzi sosial şəbəkə fəalları isə Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Artsrun Ovanisyanın məşhur "ordumuz taktiki geri çəkilir" sitatını yada salıb.

Xatırladaq ki, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist 44 günlük Vətən müharibəsi zamanı təxribatçı reportajlar hazırlaması ilə yadda qalmışdı. Peqov ilk günlərdə yalanları ilə erməni cəmiyyətinin rəğbətini qazana bilsə də, o məşhur Hadrut yalanının ifşası və müharibədəki ağır məğlubiyyətdən sonra lağ obyektinə çevrildi.





Tural Tağıyev

Azvision.az



Teqlər: Məğlubiyyət   Ermənistan   Futbol   Peqov  





Xəbər lenti