Əhməd Məsud təhlükəsiz yerdədir

 Əhməd Məsud təhlükəsiz yerdədir
  06 Sentyabr 2021    Oxunub:1119
"Əfqanıstanın Pəncşir əyalətində müqavimət qüvvələrinin lideri Əhməd Məsud təhlükəsiz yerdədir".
Azvision.az xəbər verir ki, bu barədə müqavimət nümayəndəsi Əli Maisam Nazari öz “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, Məsud tezliklə tərəfdarlarına müraciət edəcək.

Bazar ertəsi günü "Taliban" sözçüsü Zabihulla Mücahid hərəkatın Pəncşir əyalətini tam nəzarətə götürdüyünü bəyan edib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib etdilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Pəncşir  





Xəbər lenti