Taliban qızlara niqab taxdırmağa başladı

Taliban qızlara niqab taxdırmağa başladı
  06 Sentyabr 2021    Oxunub:2394
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” ölkədəki universitetlərin tələbələrinə bütün bədəni örtən paltar geyinmələrini və niqab (üz örtüyü) taxmağı əmr edib.
Azvision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bundan əlavə, qızlar və oğlanlar ayrılıqda təhsil almalı və universitet çıxışlarında qarşılaşmamaq üçün qızlar dərsləri 5 dəqiqə əvvəl bitirməlidir. Onlara yalnız qadınlar və yaxşı reputasiyası olan yaşlı kişilər dərs deyə biləcəklər.

Təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən müvafiq fərman yalnız Əfqanıstandakı dövlət universitetlərinə deyil, özəl universitetlərə də aiddir.

Неделей ранее талибы запретили музыку и женские голоса на телевидении и радиостанциях в провинции Кандагар.

Xatırladaq ki, bir həftə əvvəl "Taliban" Qəndəhar əyalətində televiziya və radio stansiyalarda musiqi və qadın səslərini qadağan etmişdi.

Azvision.az



Teqlər: Əfqanıstan   Təhsil  





Xəbər lenti