İsraildə 6 terrorçu türmədən qaçıb

İsraildə 6 terrorçu türmədən qaçıb
  06 Sentyabr 2021    Oxunub:983
İsraildə türmədən bir neçə təhlükəli məhbus qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail təcridxanaları (ŞABAS) rəhbərliyi məlumat yayıb. Qeyd edilir ki, xüsusi tunel vasitəsilə baş tutan qaçış sentyabrın 6-da "Gilboa" türməsində baş tutub.

"Həyəcan siqnalı verildikdən sonra polis qüvvələri, ŞABAS vertolyotların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə axtarışlara başlayıb. Qaçanların 5-i "İslami Cihad" terror təşkilatının fəalları olub. Altıncı və qaçışın təşkilatçısı olan terrorçu isə "FATH" liderlərindən biri Zahari Zubeydi olub"-,yerli media yazıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: İsrail   Türmə   Qaçış  





Xəbər lenti