Əhməd Məsud xalqı "Taliban"a qarşı üsyana çağırdı

 Əhməd Məsud xalqı "Taliban"a qarşı üsyana çağırdı
  06 Sentyabr 2021    Oxunub:1084
Pəncşirdəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud Əfqanıstan xalqına müraciət edərək bütün əfqanları “Taliban”a qarşı üsyana çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Məsud "Facebook" üzərindən müraciətində deyib.

"Bütün Əfqanıstan xalqını, ölkənin hər yerindəki qardaşlarımızı zülmkarlara müqavimət göstərməyə çağırıram. Mübarizəmiz bitməyib, bacardığınız qədər müqavimət göstərin", - Məsud bildirib.

Onun sözlərinə görə, mövcud mənzərə Əfqanıstanın özünü bütün dünyadan siyasi və iqtisadi cəhətdən təcrid edəcəyini göstərir.

Əhməd Məsud əyalətdə baş verən son toqquşmaların xarici qüvvələrin "Taliban"la birlikdə Əfqanıstan xalqına qarşı vuruşduğunu göstərir.

"Hücumlar göstərdi ki, xarici qüvvələr uzun müddətdir "Taliban"la bərabərdir və hələ də Əfqanıstan xalqına qarşıdır ”, - Məsud əlavə edib.

Pərvanə Sultanova
Azvision.az






Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti