Qəddafinin qalıqları qəbiləsinə təhvil veriləcək
Bildirilib ki, Misrata şəhərinin görkəmli nümayəndələri ilə Əl-Qəddaf və əl-Mucabar qəbilələrinin ağsaqqalları arasında Muammar Qəddafinin və oğlu Mutassimin, həmçinin müdafiə naziri olmuş Əbu Bəkr Yunis Cabirin cəsədinin qalıqlarının köçürülməsi barədə razılıq əldə edilib.
Qəddafinin öldürülməsindən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, məzarının yeri hələ də gizli olaraq qalır və bu barədə məlumatı yalnız dəfnində iştirak edən az sayda adam bilir. Onlar da məxfiliyi saxlamaqla bağlı Qurana and içiblər. Məlumata görə, qalıqların qəbiləyə təhvil verilməsi Liviyada daxili barışıq üçün bir şərtdir.
Pərvanə Sultanova
Azvision.az