Ermənistanın sabiq baş prokuroru saxlanılıb

Ermənistanın sabiq baş prokuroru saxlanılıb
  07 Sentyabr 2021    Oxunub:637
Ermənistan sabiq baş prokuroru və İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Ovsepyan saxlanılıb. O, qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2004-2013-cü illərdə baş prokuror, 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olmuş Ovsepyan faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə olunmasında iştirak edb. Bundan əlavə, böyük miqdarda (190 milyon dram və ya 385 min dollar) rüşvət alıb, eyni zamanda 800 milyon dram (1.6 milyon dollar) məbləğində əmlakı mənimsəyib.

Ovsepyan çirkli pulların yuyulmasında da ittiham olunur (təxminən 1,3 milyard dram və ya 2,63 milyon dollar).

İstintaq orqanları araşdırmanı davam etdirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti