Taliban jurnalistlərə aksiyaları çəkməyi qadağan edib

Taliban jurnalistlərə aksiyaları çəkməyi qadağan edib
  07 Sentyabr 2021    Oxunub:1482
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları jurnalistlərə Kabildə baş verən etiraz aksiyalarını lentə almağa icazə vermirlər.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalının rəhbəri Lütfulla Nəcəfizadə “Twitter”də yazıb.

"Medianın kameraları əlindən alınır, jurnalistlərdən çəkməmələri tələb olunur. Etirazçılar Kabildə yürüşlərini davam etdirirlər. Etiraz etmək və məlumat vermək azadlığı haradadır?", - o bildirib.

Nəcəfizadə daha əvvəl yüzlərlə əfqanın Pakistanı tənqid edən şüarlar altında Kabildə etiraz aksiyası keçirdiyini yazıb. Onlar İslamabadı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıblar.

Məlumata görə, "Taliban" etirazçıları dağıtmaq üçün havaya atəş açıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti