Kürdəmirdə "patı" əməliyyatı, 6 nəfər saxlanılıb
Onların üzərilərinə və yaşadıqları mənzilə keçirilən baxış zamanı yüksək təsir edici qüvvəyə malik 18 ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroin, 4 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və həmin kütlələrin çəkilməsi üçün istifadə edilən 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər, Kürdəmir rayon sakinləri - Hüseyn Hüseynov, Elvin Mahmudov və Cəmşid Allahverdiyev saxlanılaraq, polis şöbəsinə gətirilib və istintaqa təqdim edilmiş, onların üzərilərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsir edici qüvvəyə malik, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.Saxlanılan şəxslər ilkin dindirmə zamanı etdikləri cinayət əməllərini etiraf edərək bu işdən peşman olduqlarını bildirmişlər.
Faktlarla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılmış, hal-hazırda ibtidai istintaq davam etdirilir.
Azvision.az
Teqlər: həbs