Bu ilin ilk yarısında “Azərişıq” üzrə texniki itkilər 5,1%-ə düşüb

Bu ilin ilk yarısında “Azərişıq” üzrə texniki itkilər 5,1%-ə düşüb
  14 İyul 2021    Oxunub:355
2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə 9,7%-ə, 2020-ci ildə 8,9%-ə qədər endirilib.
2021-ci ildə isə texniki itki göstəricisinin maksimum həddinin 8,8% olacağı proqnozlaşdırılmışdır. Ümumilikdə “Azərişıq” ASC üzrə son 6 il ərzində texniki itki səviyyəsinin 5,1% azalmasına nail olunub.

Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, bu gün də “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkminləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün işləri davam etdirir. Bunun üçün yenidənqurma işləri aparılır, istismar müddəti bitmiş ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcədə sayğaclar yenilənir. 2015-ci ildən bəri ümumilikdə 1 miliyon 578 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilimişdirki bununda 1 milyon 359 mini əhali, 219 000-i isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil etmişdir. 2021-ci ilin 6 ayında isə ümumilikdə 90 928 abonent yeni sayğacla təchiz edilmiş və bununda 77 255-i əhali, 13 673-i isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələrini təşkil edib.

V.Mustafayev əlavə edib ki, “Azərişıq” tərəfindən respublikanın kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir və təbii olaraq bu işlərin məntiqi nəticəsidir ki, texniki itkilər hər ötən ay azalır. İtkilərin azaldılmasına, həmçinin istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına hesablanmış yenidənqurma işləri davamlı olaraq aparlır.

Azvision.az



Teqlər: Azərişıq   Texniki-itki  





Xəbər lenti