Qarabağda daha iki erməni hərbçinin cəsədi tapıldı

Qarabağda daha iki erməni hərbçinin cəsədi tapıldı
  07 Sentyabr 2021    Oxunub:1308
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu istiqamətində aşkar edilib.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 659 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Erməni   Hərbçi  





Xəbər lenti