"Rusiya Əfqanıstan üzrə görüşdə iştirak etməyəcək" - Zaxarova

"Rusiya Əfqanıstan üzrə görüşdə iştirak etməyəcək" -    Zaxarova
  07 Sentyabr 2021    Oxunub:1302
"Rusiya Əfqanıstana dair bir sıra ölkələrin xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantıda iştirak etməyəcək".
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rəsmi Moskva bir sıra ölkələrin xarici işlər nazirləri səviyyəsində sentyabrın 8-də keçirilməsi planlaşdırılan Əfqanıstan görüşünə qatılmayacaq”, - Zaxarova əlavə edib.

Bundan əvvəl Zaxarova Rusiyanın "G7"nin Əfqanıstanla bağlı görüşü barədə dəqiq anlayışa malik olmadığını bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti