Taliban yeni höküməti elan edib

   Taliban    yeni höküməti    elan edib
  07 Sentyabr 2021    Oxunub:1104
“Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib. Azvision.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.
Məlumatda yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axundun icra edəcəyi, onun müavini postunu isə Molla Əbdül Qəni Bəradərin tutacağı bildirilir.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

Azvision.az



Teqlər: Taliban   Hökümət  





Xəbər lenti