Taliban Pəncşirə yeni qubernator təyin etdi

Taliban Pəncşirə yeni qubernator təyin etdi
  08 Sentyabr 2021    Oxunub:897
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı rəhbərliyi Pəncşir əyalətinə yeni qubernator təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Hənəfi Vardak “Twitter”də bildirib.

"Mövləvi Qüdrətullah Pəncşirin yeni qubernatorudur, hazırda o, təhlükəsizliyi təmin etmək üçün bölgədədir", - Vardak yayıb.

Onun sözlərinə görə, “Taliban” sakinlərin evlərinə təhlükəsiz qayıtmaları üçün əyalətdə hazırlıq işləri aparır. Həmçinin, təhlükəsizlik məqsədi ilə Pəncşirin müxtəlif yerlərinə 400-dən çox yaraqlı yerləşdirilib.

Xatırladaq ki, dünən "Taliban" Əfqanıstanın yeni hökumətinin tərkibini açıqladı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti