Vyetnamda karantini pozana 5 il iş verildi

Vyetnamda karantini pozana 5 il iş verildi
  08 Sentyabr 2021    Oxunub:1285
Vyetnamda bir nəfər sərt karantin qaydalarını pozduğuna və COVID-19 virusunu yaydığına görə 5 il həbs cəzasına məhkum edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

28 yaşlı Le Van Tri Kamau əyalətinin Xalq Məhkəməsində keçirilən məhkəmə prosesində "təhlükəli yoluxucu xəstəliklər yaymaqda" günahkar bilinib.

Le Van Tri Xoşimindən Kamauya qayıdarkən 21 günlük karantin qaydalarını pozub. Nəticədə o 8 nəfəri yoluxdurub. Onlardan biri isə 1 aylıq müalicədən sonra virusdan ölüb.

Xatırladaq ki, Vyetnamda bundan öncə daha iki nəfər eyni ittihamla 18 ay və iki il sınaq müddətinə məhkum edilmişdi.

Qeyd edək ki, Vyetnamda 536 mindən çox insan virusa yoluxub, 13,385 nəfər isə koronavirusun qurbanı olub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vyetnam   Karantin  





Xəbər lenti