Kolleclərə ixtisas seçimi başa çatıb

Kolleclərə ixtisas seçimi başa çatıb
  08 Sentyabr 2021    Oxunub:1673
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
DİM-dən Azvision.az -a bildirilib ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.

Bu il 33088 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21099 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19236, ixtisas seçimi edənlərin sayı isə 10958 nəfər olub. Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti