Rusiyanın fövqəladə hallar naziri həlak olub

   Rusiyanın fövqəladə hallar naziri həlak olub
  08 Sentyabr 2021    Oxunub:1398
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlərdə həlak olub.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

“Hüznlə bildiririk ki, Rusiya FHN-nin başçısı Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərkən faciəli surətdə həlak olub”, - nazirlik bildiriblər.

Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində işləyirdi. Onun 55 yaşı vardı.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti