Əfqanıstanda yeni hökumətin inauqurasiyası olacaq

Əfqanıstanda yeni hökumətin inauqurasiyası olacaq
  08 Sentyabr 2021    Oxunub:1253
Əfqanıstanın yeni hökumətinin inauqurasiya mərasimi sentyabrın 11-də baş tutacaq.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Taliban"dakı mənbə məlumat verib.

Bildirilib ki,"Taliban" inauqurasiya mərasiminə Rusiya, Çin, Qətər, Türkiyə, Pakistan və İrandan nümayəndələr dəvət edib.

Əfqanıstan Baş nazirinin müavini Molla Əbdül Qani Baradarın bir sıra başqa ölkələrdən nümayəndə heyətləri dəvət etmək üçün bu gün Qətərə getdiyi də qeyd olunur.

Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti