"Taliban" Əfqanıstanda seçkilər keçirməyi planlaşdırır

"Taliban" Əfqanıstanda seçkilər keçirməyi planlaşdırır
  08 Sentyabr 2021    Oxunub:629
“Taliban” hərəkatı Əfqanıstanda ümumi seçkilər keçirməyi planlaşdırır. Seçkidə yerli əhalinin müxtəlif təbəqələrinin iştirakı nəzərdə tutulur.
Azvision.az  xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

“Biz əhalinin ən geniş təbəqələrini, “Taliban” üzvü olmayan istedadlı insanları cəlb etməyə çalışırıq”, - deyə telekanal "Taliban”ın Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Lakin yeni hakimiyyət ölkədə siyasi plüralizmi inkar edir:
"Siyasi plüralizmi inkar edirik, partiyalar konfessional müharibələrə yol açır" deyə  məlumatda qeyd edilir.

Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti