Pentaqon rəhbərinin Səudiyyə Ərəbistanına səfəri təxirə salındı

Pentaqon rəhbərinin Səudiyyə Ərəbistanına səfəri təxirə salındı
  09 Sentyabr 2021    Oxunub:551
ABŞ müdafiə naziri Lloyd Ostinin Səudiyyə Ərəbistanına səfəri qeyri -müəyyən vaxta təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

"Nazirin Səudiyyə Ərəbistanına səfəri qrafik problemi səbəbindən təxirə salındı. O, səfərin vaxtını ən qısa zamanda yenidən nəzərdən keçirməyə ümid edir", - açıqlamada vurğulanıb.

Ostin ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti müzakirə etmək üçün keçən həftənin sonlarında Yaxın Şərqdə səfərdə olub. O, artıq Qətər, Bəhreyn, Küveytdə danışıqlar aparıb, ardınca isə Səudiyyə Ərəbistanına getməli idi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı  





Xəbər lenti