Tokayev azərbaycanlı səfirin etimadnaməsini qəbul edib

Tokayev azərbaycanlı səfirin etimadnaməsini qəbul edib
  09 Sentyabr 2021    Oxunub:707
Qazaxıstan Respublikası Prezidentinin iqamətgahında (Akorda) bir sıra dövlətlərin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin Qazaxıstan Prezidentinə etimadnaməsini təqdim etmə mərasimi baş tutub.
Azvision.az xəbər verir ki, Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Ağalar Atamoğlanov da öz etimadnaməsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Kasım-Jomart Tokayev diplomatı Qazaxıstandakı missiyalarına rəsmi başlaması münasibətilə təbrik edib və peşəkar təcrübəsi və yorulmaz əməyi sayəsində müxtəlif sahələrdə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini çatdırıb.

Azərbaycanla əməkdaşlıqdan danışan dövlət başçısı ölkəmizin Qazaxıstanın Avrasiya məkanında və Xəzər regionunda əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.

“Ən aktual vəzifə – çoxşaxəli əməkdaşlığımızın bütün spektrinə əlavə dinamika verməkdir”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.

Mərasimin sonunda Kasım-Jomart Tokayev diplomata uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti