Gələn ay ABŞ-ın pulu qurtaracaq

Gələn ay ABŞ-ın pulu qurtaracaq
  09 Sentyabr 2021    Oxunub:855
ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonun malik olduğu maliyyə ehtiyatlarının oktyabr ayında qurtaracağını bəyan edib. Mövcud vəziyyətdən çıxmaq üçün nazir amerikalı qanunvericiləri növbəti dəfə ABŞ-ın dövlət borcunun limitini artırmağa çağırıb.
- Bütün mümkün olan tədbirlər və mövcud vasitələr tükəndikdən sonra ABŞ tarixdə ilk dəfə öhdəliklərini yerinə yetirə bilməmək reallığı ilə üzləşəcək. Son məlumatlara görə isə, vəsaitlər və fögqəladə tədbirlər, çox güman ki, oktyabrda tükənəcək,- deyə xanım Yellen konqresmenlərə ünvanladığı məktubda vurğulayır.
Dövlət Komitəsində ABŞ nümayəndə heyəti ilə görüş baş tutub

Nazir dövlət borcunun həcminin artırılması məsələsində astagəlliyin ABŞ iqtisadiyyatına və dünyanın maliyyə bazarlarına düzəlməsi mümkün olmayan zərbə vura biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ-ın dövlət borcunun yuxarı həddi Konqress tərəfindən iyulun 31-dək dondurulmuşdu və qanunvericilər bu limitin artırılması barədə qəbul etmədiklərindən indi belə müşkül vəziyyət yaranıb. Ölkədə yeni maliyyə ilinin başlanğıcına, yəni oktyabrın 1-dək dövlət borcunun yuxarı həddi artırılmayacağı halda, ABŞ hökumətinin öz öhdəlikləri üzrə borcları ödəmək müstəvisində ciddi problemlərlə üzləşəcəyi barədə bir müddət əvvəl Canet Yellen Konqresi xəbərdar etmişdi.
Respublikaçılar isə prezident Co Baydenin və demokratların dövlət borcunu azaltmaq üçün xərcləri ixtisar etməyəcəyi və ya dugər tədbirlər görməyəcəyi təqdirdə borcun limitinin artırılması barədə təklifi dəstəkləməyəcəklərini bəyan etmişdilər.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti