“TurAz Şahini - 2021”: Qırıcılar səmaya qalxdı |
"Jurnalistlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 hücum təyyarələrindən birində 58 ulduz sayıblar. Bu səbəbdən də mütəxəssislər deyirlər ki, həmin təyyarənin ekipajı Dağlıq Qarabağdakı döyüşlər zamanı 44 günə eyni sayda düşmən hədəfinə zərbə endirməyi bacarıb. Üstəlik, oxucuların diqqətinə çatdırılır ki, Ermənistan ordusunun mövqelərinə edilən hücumlarda məhz bu görüntülənən Su-25 aktiv iştirak edib. Mütəxəssislər "TurAz Şahini-2021" hərbi təlimlərində iştirak edən başqa bir təyyarədə 38 işarəni sayıblar. Bu isə Azərbaycan ordusunun həmin döyüş təyyarəsindən çox istifadə etməməsi anlamına gəlir. Az ulduz onun əməliyyatlarda daha az fərqlənməsini göstərir. Ümumiyyətlə onlar Pilotsuz Uçuş Aparatlarından (PUA) daha çox istifadə edərək düşmən mövqelərinə uğurlu zərbələr endirməyə çalışdılar",-Rusiya hərbi nəşri yazıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun 44 gülük Vətən müharibəsi zamanı tətbiq etdiyi bir sıra uğurlu hərbi taktikaları hər zaman beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Şuşa əməliyyatı, 21-ci əsrin müharibəsini aparan hərbçilərimizin ən müasir texnikalardan, PUA və digər yeni silahlardan səmərəli istifadə etməsi xarici medianın da diqqətini hələ də çəkməkdədir. Bir sıra ali hərbi məktəblərdə isə Qarabağ müharibəsindəki əməliyyatlar və taktiki gedişlərin dərsliklərə salındığı bildirilir.
Tural Tağıyev
Azvision.az