Putin təlimdə ölən nazirə “Rusiya qəhrəmanı” adı verdi

Putin təlimdə ölən nazirə “Rusiya qəhrəmanı” adı verdi
  09 Sentyabr 2021    Oxunub:1957
Prezident Vladimir Putin dünən təlimdə həlak olmuş fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevi “Rusiya qəhrəmanı” adına layiq görüb.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa, şücaətə və cəsarətə görə ordu generalı Yevgeni Ziniçevə Rusiya Qəhrəmanı adı verilsin". (ölümündən sonra)", - məlumatda deyillir.

Xatırladaq ki, Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə rusiyalı kinorejissor Aleksandr Melnikin həyatını xilas edərkən faciəli şəkildə həlak olub.

Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub. Onunla vida mərasimi sabah keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  



Xəbər lenti