Moskvada 6 mindən çox adam mitinqlərə görə mühakimə olunub

Moskvada 6 mindən çox adam mitinqlərə görə mühakimə olunub
  09 Sentyabr 2021    Oxunub:635
Bu ilin ilk yarısında Moskvada 6 mindən çox adam mitinq və piket keçirmək prosedurunu pozma maddəsi ilə mühakimə olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Moskva Departamentinin yaydığı hesabatda bildirilir.
Qeyd edilir ki, Moskva məhkəmələri 6727 işə baxıb. Onlardan yalnız 45 -i dayandırılıb. 625 protokol isə qüsurların aradan qaldırılması üçün polisə qaytarılıb. Baxılan bütün işlərin 90% -i ittiham aktları ilə başa çatıb. Təqsirləndirilən şəxslərə tətbiq edilən cərimələrin ümumi məbləği təxminən 66 milyon rubl (900 min dollar-red.) təşkil edib.
Saytların araşdrımalarına görə, həbslərlə əlaqədar məhkəmə qərarları kəskin şəkildə artıb. 2019 -cu ildə Moskvada etiraz aksiyalarında iştirak etməkdə günahlandırılanların yalnız 4% -i həbs edilmişdisə, bu ilin ilk altı ayında həbs qərarlarının sayı 21% təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlində Rusiyada, xüsusən də Moskvada ölkəyə qayıdan müxalifət lideri Aleksey Navalnının saxlanılması və şərti cəzasının həbslə dəyişdirilməsi ilə bağlı ictimai fəallıq başladı. Navalnının tərəfdarları 23, 31 və 2 fevral tarixlərində kütləvi aksiyalar keçirdi. Ümumilikdə isə aksiyalarla əlaqədar 11 mindən çox adam saxlanılmışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Moskva   Mitinq  





Xəbər lenti