İqtidaryönlü şeyxin başını kəsdilər

Şeyx Həsən Səfiyəddin Bəşər hökumətə dəstək etməyə çağırırdı və ölkənin böhrandan siyasi yolla çıxarılmasının tərəfdarı idi. O Suriyaya əllərində silahla gəlmiş radikal islamçıları pisləyirdi.
“Bu insanlar hansı azadlığa çağırırlar? Onlar Suriya torpaqlarında görünməmiş qəddarlıqlar törədirlər. Onlar Allaha yox, Şeytana xidmət edirlər”,-deyə Hələbdən olan imam Abdel Kader Şəhabi ölkə televiziyasında çıxışında vurğulayıb. O bildirib ki, yaraqlılar bir müddət əvvəl qətlə yetirilmiş şeyxin oğlunu girov götürərək ondan müxalifətə qoşulmağı tələb ediblər (APA).