"Qarabağ müharibəsindən sonra Türkiyə PUA-larına maraq artıb" - Bayraktar

   "Qarabağ müharibəsindən sonra Türkiyə PUA-larına maraq artıb" -    Bayraktar
  09 Sentyabr 2021    Oxunub:1011
"Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarına (PUA), xüsusilə də "Bayraktar TB2"-yə dünyada böyük maraq var".
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.

Onun sözlrinə görə, İdlib və Qarabağda hərbi əməliyyatlardan sonra bu maraq daha çox artıb:

"Əslində "Bayraktar TB2" pilotsuz uçuş aparatları İdlibdə, "Zeytun budağı" və "Fərat qalxanı" əməliyatlarında və son olaraq Qarabağda istifadə olunduqdan sonra geniş maraq oyatdı. Hətta bəzən sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik. "Baykar" gəlirlərinin 70 faizini ixracatdan əldə edir. Bu günədək 10-dan çox satış müqaviləsi imzalamışıq".

Bayraktar əlavə edib ki, şirkət hazırda "Akıncı" PUA-larının istehsalı üzərində çalışır, eyni zamanda "Bayraktar TB3" və pilotsuz hərbi təyyarə layihələri ilə bağlı işlər aparılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Bayraktar  





Xəbər lenti