12 yaşdan kiçik uşaqlar Türkiyəyə testsiz daxil ola biləcəklər

12 yaşdan kiçik uşaqlar Türkiyəyə testsiz daxil ola biləcəklər
  09 Sentyabr 2021    Oxunub:1009
Türkiyə hökuməti ölkəyə gələn 12 yaşdan kiçik uşaqlar üçün koronavirus və ya sürətli antitel testi üçün PCR testi tələb etməyəcək.
Azvision.az xəbər verir ki, yeni qaydalar sentyabrın sonuna qədər qüvvədədir, sonra onlara yenidən baxıla bilər.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni məhdudiyyətlərin tətbiq olunduğunu açıqlamışdı və bildirmişdi ki, peyvənd olunmamış və koronavirusa yoluxmamış şəxslərin teatr və kinoteatrlara girişi üçün nəticəsi mənfi olan PCR testi təqdim edilməlidir.

Bundan əlavə, Türkiyənin Səhiyyə Nazirliyinin ölkədə məktəblərin yeni tədris ilinin açıldığı ərəfədə yaydığı tövsiyə xarakterli məlumatında bildirilirdi ki, ölkədə 12 yaşdan yuxarı uşaqlar valideynlərinin razılığı ilə peyvənd olunmalıdır.

Türkiyə səfirliyi də öz növbəsində qeyd edib ki, sentyabrın 6 -dan qüvvəyə minən ölkədaxili sərbəst hərəkət məhdudiyyətləri yalnız yerli sakinlərə və yaşama icazəsi olan xaricilərə şamil ediləcək.

Səbinə Həsənova
Azvision.az


Teqlər:





Xəbər lenti