"Taliban" və müqavimət qüvvələri atəşkəs barədə razılığa gəlib

  09 Sentyabr 2021    Oxunub :277
"Taliban" və müqavimət qüvvələri atəşkəs barədə razılığa gəlib
Əfqanıstanın Pəncşir əyalətində "Taliban"la müqavimət qüvvələri arasında atəşkəs barədə razılıq əldə olunub.
Azvision.az xəbər verir ki, bu barədə “Afghanistan International” yerli mənbəyə istinadən xəbər yayıb.

Razılaşma rəsmi xarakter daşımır. Sentyabrın 9-dan 12-dək müddətə müvəqqəti atəşkəs elan edildiyi məlumdur. “Taliban” yerli sakinlərə evlərini tərk etməyə və ölülərini dəfn etməyə icazə verib.

Bu arada Milli Müqavimət Cəbhəsi əyalətdə humanitar fəlakət hökm sürdüyünü bəyan edib.

"Minlərlə mülki şəxs uşaqları və ailələri ilə birgə bir neçə həftə davam edən blokada səbəbiylə ölməkdən və əsir düşməkdən qorxaraq dağlara qaçdı. Artıq neçə gündür ki, onları yeməkləri yoxdur”, - məlumatda deyilir. Əyalətdəki qüvvələr baş verənlərə görə Pəncşirə gedən bütün yolları bağlayan "Taliban"ı günahlandırır.

Xatırladaq ki, bazar ertəsi "Taliban" Pəncşirə nəzarəti tamamilə ələ aldığını bəyan edib. Müqavimət qüvvələri isə partizan döyüşləri aparacaqlarını bildiriblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan  







Xəbər lenti