"Turkovak"ın kütləvi istehsalına başlanıla bilər - Nazir

"Turkovak"ın kütləvi istehsalına başlanıla bilər -    Nazir
  09 Sentyabr 2021    Oxunub:1548
"Bu ilin oktyabrında Türkiyənin yerli vaksini olan "TURKOVAK"ın kütləvi istehsalına başlanıla bilər".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, "TURKOVAK”ın təcili istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.

“Təsdiq ediləcəyi təqdirdə oktyabr ayında vaksinin kütləvi istehsalına başlayacağıq”, - nazir bildirib.

Əlavə edib ki, inaktiv peyvəndi olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.

Azvision.az



Teqlər: Türkiyə   Vaksin  



Xəbər lenti