"Turkovak"ın kütləvi istehsalına başlanıla bilər - Nazir
Onun sözlərinə görə, "TURKOVAK”ın təcili istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.
“Təsdiq ediləcəyi təqdirdə oktyabr ayında vaksinin kütləvi istehsalına başlayacağıq”, - nazir bildirib.
Əlavə edib ki, inaktiv peyvəndi olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


