Haradan-haraya...4800 km piyada- VİDEO,FOTO

Haradan-haraya...4800 km piyada- VİDEO,FOTO
  20 Mart 2014    Oxunub:845
Hollivud filmində Forest Qamp üç ilə 30 000 km yol qaçır. Deyəcəksiz ki, bu sadəcə kinodur, lakin reallıqda da bu hünərə sahib olan insanlar var. Məsələn sizə bir il ərzində Çini dolan ba dolan gəzən adam var desək inanarsınızmı?

Kristofer Rixeyc 9 noyabr 2007-ci ildən 2008-ci ilin oktyabırına kimi səyahət edib. O bu vaxt ərzində Pekindən Urumçiyə qədər 4499 km yol gəzib. Bəli o bu yolu məhz gəzərək qət edib. Piyada. Siz də 4800 km yol getsəydiz yəqin ki, macəraya başlayan andan sona kimi çox dəyişilərdiz. Kristofer də bu ünsürü nəzərə alaraq hər 30-50 km dən bir öz şəklin çəkib. Vaxt keçdikcə onun görünüşü dəyişilməyə başlayıb.

Kristof şəxsi saytında qeyd edir ki, bu uzun və keçməkeşli macərada onun ən xoşuna gələn ünsür özünə verdiyi çox təbii suallar olub. “Yadımdadır yol yeriyərkən fikirləşirdim «Mən harada yatacam?» «Mən nə yeyəcəm?» mənim nə metofizik ayrımım nə də qorxum var idi, yalnız həllinə çatmalı olduğum praktik suallar. Mən fikirləşirdim ki, bu yaxşıdır və məna kəsb edir”. O səyahətin demək olar ki, piyada qət edib. Sadəcə bir dəfə o qardaşının motosikletindən istifadə edib (o da bir neçə dəqiqə).

O səyahətini 2008-ci ilin oktyabr ayının 25-də sona yetirmək qərarına gəlir. Qərarının səbəbini öyrənmək istəyənlərə isə o: “Mən öz həyatımı qaytarmaq istəyirdim. Mənə öz üzərimdə kontrolu qaytarmaq lazım idi” deyə cavab verir.

AzVision.az `bigpicture`yə istinidən xəbər verir ki, sərgüzəştinin axrında isə Kristoferin görünüşü belə idi:

Qalereya




Teqlər:  





Xəbər lenti