Kabildən Dohaya ilk kommersiya uçuşu icra edilib

Kabildən Dohaya ilk kommersiya uçuşu icra edilib
  09 Sentyabr 2021    Oxunub:1254
ABŞ qüvvələrinin təxliyəsindən sonra Kabil hava limanından ilk kommersiya uçuşu həyata keçirilib. Məlumata görə, artıq sərnişin təyyarəsi Dohada eniş edib.
Azvision.az xəbər verir ki, “Qatar Airways”ə məxsus təyyarədə 113 nəfər olub.

Sərnişinlər arasında Əfqanıstanla yanaşı digər ölkələrin də vətəndaşları var.

"Qətərli mütəxəssislər tərəfindən bərpa edildikdən sonra bu gün Kabil hava limanından yola düşən ilk təyyarədə ABŞ, Kanada və digər ölkələrin 113 sərnişini olub. Onların əksəriyyəti Qətərdən son təyinat məntəqəsinə gedəcəklər", - Qətərin Həməd hava limanındakı mənbə bildirib.

Azvision.az



Teqlər: Kabil   Qətər  



Xəbər lenti