Kolumbiyada partlayış: Ölən və yaralananlar var

Kolumbiyada partlayış:    Ölən və yaralananlar var
  10 Sentyabr 2021    Oxunub:1362
Kolumbiyanın şimalında, Kukuta-El-Eskobal magistral yolunda partlayış törədilib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Ölkənin milli polisinin rəhbəri, general Xose Luis Varqas Valensiya özünün tvitterdəki səhifəsində bildirib ki, polis patrulunun hərəkət etdiyi yolda törədilən partlayış nəticəsində 1 qadın həlak olub, daha 4 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidəni həyata keçirirmiş. Partlayışda əli olanların axtarışına başlanılıb.

Azvision.az


Teqlər: Kolumbiya  



Xəbər lenti