Taliban Pəncşirdə etnik təmizləməyə başlayıb

   Taliban Pəncşirdə etnik təmizləməyə başlayıb
  10 Sentyabr 2021    Oxunub:707
Taliban Əfqanıstanın Pəncşir əyalətində etnik təmizləməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri məlumat yayıb. O bununla bağlı "Twitter"də yazıb:

"Taliban qruplaşması Pəncşir əyalətindən minlərlə insanı qovub. Dünya hələ də bu vəziyyəti izləyir və görməzdən gəlir".

Müqavimət nümayəndəsi beynəlxalq birliyi proseslərə müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, Taliban Əfqanıstanda hərbçi çevrilişə nail olandan sonra ən son Pəncşirə daxil ola bilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti