Türk restoranına hücum edən erməni günahını boynuna alıb

 Türk restoranına hücum edən erməni  günahını boynuna alıb
  10 Sentyabr 2021    Oxunub:1470
ABŞ Ədliyyə Nazirliyi 4 Noyabr 2020-ci ildə Kaliforniya ştatının Los Anceles şəhərində bir Türk restoranına edilən hücuma görə mühakimə olunan erməni Vilyam Stepanyanın ona qarşı irəli sürülən ittihamları qəbul etdiyini bildirib. İddia razılaşmasına görə, Stepanyanın törətdiyi cinayətləri önümüzdəki həftələrdə ağır cinayətlər məhkəməsində etiraf edəcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, Stepanyan iki ağır cinayət əməlini etiraf etdikdən sonra federal məhəkəmənin ona 15 il həbs cəzası verəcəyi, digər cinayətkar Harutyun Harri Çalıkyanın da eyni hadisədən oktyabrda mühakimə olunacağı gözlənilir. Ancaq Çalıkyanın törətdiyi cinayət əməllərini rədd etdiyi bildirilir. 27 aprel tarixində yaxalanan 23 yaşlı Vilyam Stepanyana və 23 yaşlı Çalikyana qarşı hazırlanan iddianamədə 6 cinayət əməli üzrə ittiham irəli sürülüb. Hər birinə 15 il həbs cəzası tələb olunur. Onların 5 nifrət əməlinə görə 10 il, mütəşəkkil cinayətə görə isə 5 il həbs cəzasına məhkum edilmələri tələb olunur.



Qeyd edək ki, 4 Noyabr 2020-ci il saat 20:30 radələrində Beverli Hils bölgəsindəki türk restoranına gələn 6-8 nəfərlik bir qrup restorandakı insanlara hücum edərək ətrafa ziyan vurub. Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə 20-30 yaşlar arasında olduğu təxmin edilən şəxslərin restoranın mebellərini, kompüterlərini və digər əşyaları dağıdaraq, restoran sahibini və işçiləri ölümlə təhdid etdikləri, o cümlədən Türkiyə və Azərbaycan xalqına qarşı söyüş söydükləri bildirilir. Videogörüntülər vasitəsilə Stepanyan və Çalıkyan müəyyən edilərək saxlanılıb. Stepanyanın telefonunda "Türkləri ovlamağı" planladığı və eyni gündə Çalikyanla görüşdüyü təsdiqlənib. İddianamədə hücumda bir neçə nəfərin yaralandığı və restorana 20 min dollar ziyan vurdulduğu, restoranın müvəqqəti olaraq bağlanması səbəbindən minlərlə dollar gəlir itirdiyi qeyd edilib.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər:



Xəbər lenti