"Qarabağda bütün infrastruktur fəal şəkildə bərpa edilir" - Nazir

   "Qarabağda bütün infrastruktur fəal şəkildə bərpa edilir" -    Nazir
  10 Sentyabr 2021    Oxunub:992
Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb. Torpaqlarımızın azad edilməsi nəticəsində biz Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq.

Nazir artıq Ağdamda sənaye parkının yaradılmasına başlanıldığını bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti