"Kalaşnikov" ilk "ağıllı" silahını hazırlayıb - VİDEO

   "Kalaşnikov" ilk "ağıllı" silahını hazırlayıb -   VİDEO
  10 Sentyabr 2021    Oxunub:2863
Rusiyanın "Kalaşnikov" konserni qadjetlərlə sinxronizasiya edə bilən "ağıllı" silah hazırlayıb. Azvision.az xəbər verir ki, yeni silah "Ordu-2020" forumunda təqdim ediləcək.
“Bu, innovasiyalı dizaynda olan ilk Smartsilahdır. Unikal silah növü kimi meydana çıxan və etibarlı MP-155-in bazası əsasında hazırlanmış bu yeni kəşf qadjetlərə qoşulmaq qabiliyyətinə malikdir"-,konsernin sosial media üzərindən etdiyi paylaşımda deyilir.

Qeyd edək ki, yayılan videoda silahın futuristik dizaynda hazırlandığı, xüsusi nişangahla təchiz olunduğu və mobil qurğularla sinxronizasiya üçün displey quraşdırıldığı görünür.



Tural Tağıyev
Azvision.az



Teqlər: Silah   Kalaşnikov  





Xəbər lenti