Azərbaycan nefti Ukraynanı xilas edir - Aleksandr Oxrimenko ilə videomüsahibə

Azərbaycan nefti Ukraynanı xilas edir -   Aleksandr Oxrimenko ilə videomüsahibə
  10 Sentyabr 2021    Oxunub:6065
İkinci Qarabağ müharibəsindən sonra Ukrayna ilə Azərbaycan arasında həm ticari, həm də iqtisadi münasibətlər daha da aktivləşib. Azərbaycan birinci rübdə Ukraynanın yeganə neft tədarükçüsü idi. Birinci yarımildə Rusiyadan Azərbaycana siqaret idxalı 13%, Ukraynadan isə 18% artıb.
İkitərəfli iqtisadi əməkdaşlığın inkişafına hansı amillər təsir etdi? Müharibədən sonrakı dövrdə ikitərəfli münasibətlər necə inkişaf edəcək? Bu və digər sualları Azvision.az -ın rus versiyasının redaktoru Seymur Məmmədov ilə söhbətində Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko cavablandırıb.

- Hazırda Ukrayna ilə Rusiyanın münasibətləri olduqca gərgindir, üstəgəl, Belarusla qarşıdurma da buna mənfi təsir göstərir. Hazırda əsas neft tədarükçüsü Azərbaycandır, bu yaxınlarda Britaniya da əlavə edildi. Əvvəllər Rusiya da Ukraynaya neft tədarük edirdi. Donbasda müharibə getdiyi zaman Rusiya neftini almağın çətin olduğu başadüşüləndir. Biz neft məhsullarının istehsalını artırdıq. Bu bizim üçün çox faydalıdır. Ölkəmizdə kifayət qədər böyük bir neft emalı zavodu var, lakin neft azdır. Çox maraqlı vəziyyət yaranıb, çoxlu benzin istehsal edə bilərik, amma nədən? Neftimiz həqiqətən azdır və bir sıra səbəblərə görə ehtiyatımız da yoxdur. Bu səbəbdən, hazırda Azərbaycan nefti olmasaydı, zavod işini dayandıra bilərdi. Hazırda Azərbaycan nefti xilaskar rolundadır,- ekspert deyib.


Onun sözlərinə görə, logistika ilə bağlı məsələlər də yoluna qoyulub. 2-3 il əvvəl neft məhsullarının ilk partiyasında uğursuzluqlar olurdu, amma indi hər şey qaydasındadır. Azərbaycan neftinin bir hissəsini emal olunur və Ukrayna ilə Azərbaycanın müştərək neft məhsulu olaraq digər ölkələrə satılır.

Azvision.az


Teqlər: Azərbaycan   Ukrayna  





Xəbər lenti