Azərbaycan tankerləri Baltik və Şimal dənizlərinə çıxacaq

Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib. Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.
Azvision.az