Ölən erməni hərbçilərin yaxınları müstəqillik tədbirlərinin ləğvin tələb edir

Ölən erməni hərbçilərin yaxınları müstəqillik tədbirlərinin ləğvin tələb edir
  10 Sentyabr 2021    Oxunub:905
İkinci Qarabağ müharibsində ölən erməni hərbçilərin yaxınları 21 sentyabr - Ermənistanın müstəqillik günü münasibətilə tədbirlərin ləğvini tələb edirlər.
Azvision.az xəbər verir ki, 44 günlük müharibədə ölən hərbçilərin qohumları “Facebook”da bununla bağlı kampaniyaya başlayıblar.

Ölən əsgər Mxitar Qaleyanın anası Astx Qaleyan yazıb: "Mən, Mxitarın anasıyam, 21 sentyabrda baş tutacaq "rəngarəng" tədbiri qınayıram və ləğvini tələb edirəm ...".

Qarabağ müharibəsində ölmüş onlarla əsgərin yaxınları oxşar mətnləri paylaşıb.
Erməni hərbçi Artur Sukiasyanın qohumu Lala Vardanyan tədbirdə iştirak edəcək hər kəsi qınadığını yazıb.

Olga Marqaryan isə vətəndaşları həmin gün meydana çıxmaq əvəzinə, Erablur hərbi məzarlığına toplaşmağı təklif edib.

Xatırladaq ki, çərşənbə günü keçirilən hökumət iclasında baş nazir Nikol Paşinyan sentyabrın 21-də İrəvanın Respublika meydanında Ermənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş "rəngarəng və genişmiqyaslı tədbirin" gözlənildiyini elan edib. O qeyd edib ki, bu "rəngarəng" tədbir ilk növbədə Ermənistanın və Artsaxın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə həsr olunacaq. Baş nazirin sözləri böyük tənqidlərə səbəb oldu.
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti