Taliban yeni hökumətin andiçmə mərasimini ləğv etdi

Taliban yeni hökumətin andiçmə mərasimini ləğv etdi
  10 Sentyabr 2021    Oxunub:1244
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı müvəqqəti hökumətin inauqurasiyasını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi İnamullah Samanqani “Twitter” səhifəsində yazıb.

O, inauqurasiyanın bir neçə gün əvvəl ləğv olunduğunu deyib, lakin səbəb göstərməyib. Həmçinin, yeni hökumətinin nümayəndəsi 11 sentyabr inauqurasiyası ilə bağlı məlumatların sadəcə şayiə olduğunu söyləyib.

Samanqani hökumətinin bir hissəsi artıq işə başladığını əlavə edib. Yeni hökumətin inauqurasiyasının gələcəkdə baş tutub-tutmayacağını açıqlanmayıb.

Qeyd edək ki, bu mesaj müxtəlif ölkələrdən Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimində iştirakdan imtina etmələri ilə bağlı bəyanatlar fonunda ortaya çıxıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti