Milli Parkda ov edən şəxs saxlanılıb

Milli Parkda ov edən şəxs saxlanılıb
  10 Sentyabr 2021    Oxunub:1220
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Azvision.az -a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Ov  





Xəbər lenti