İtalyada qasırğa - Ölən və yaralananlar var

İtalyada qasırğa -    Ölən və yaralananlar var
  10 Sentyabr 2021    Oxunub:1651
Siciliyanın cənub - qərbində yerləşən Pantelleriya adasında baş verən qasırğa nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Bu barədə yerli mülki müdafiə idarəsi məlumat yayıb.
Hadisə nəticəsində 6 maşın aşıb. Giornale di Sicilia nəşrinin verdiyi məlumata görə, yaralıların ümumi sayı 9-a çatıb. Xilasedicilər insanlara kömək etmək məqsədi ilə əraziyə cəlb olunublar.

Azvision.az


Teqlər: İtalya  



Xəbər lenti