Dustum BMT-ni Pəncşirdə etnik təmizləməni dayandırmağa çağırıb

Dustum BMT-ni Pəncşirdə etnik təmizləməni dayandırmağa çağırıb
  11 Sentyabr 2021    Oxunub:1200
Əfqanıstan Milli İslam Hərəkatı Partiyasının lideri, ölkənin sabiq birinci vitse-prezidenti, marşal Əbdül-Rəşid Dustum BMT-ni və bütövlükdə beynəlxalq ictimaiyyəti “Taliban” yaraqlılarının Pəncşir əyalətində törətdikləri etnik təmizləməni dayandırmağa çağırlb.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

"BMT-dən səssizliyini dayandırmağı və qara siyahıdakı terrorçuları Pəncşirdə etnik təmizləmə və soyqırıma son qoymağa çağırmasını xahiş edirəm", - Dustum yazıb.

Onun sözlərinə görə, Pəncşir vadisinin qapılarını açmaq və medianın baş verənləri işıqlandırmasına icazə vermək, həmçinin əyalətə humanitar yardım çatdırmaq lazımdır: "Fəlakətin astanasındayıq".

Bundan əlavə, Dustum beynəlxalq ictimaiyyəti, xüsusilə Əfqanıstanın qonşu ölkələrini kabinetinin qlobal səviyyədə tanınan terrorçulardan ibarət olduğu terrorçu dövləti qəbul etmək üçün tələsməməyə çağırıb.

Çərşənbə günü Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər İslam Respublikasının siyasi liderlərinin, marşal Dustum da daxil olmaqla müqavimət qüvvələrinə dəstək verən Şura yaradacağını söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti