ABŞ səfirliyində terror qurbanları anılıb - FOTO

ABŞ səfirliyində terror qurbanları anılıb -    FOTO
  11 Sentyabr 2021    Oxunub:1283
ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr terrorunun qurbanları yad edilir.
Azvision.az b barədə səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir.

"11 sentyabr hadisələri Amerikanı və bütün dünyanı dəyişdirdi. Həlak olmuş qəhrəmanların xatirəsini yad etmək üçün bu gün bizə qoşulun”, - paylaşımda deyilir.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan “World Trade Center”in binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2977 nəfər həyatını itirib.


Azvision.az



Teqlər: ABŞ   Terror  



Xəbər lenti