Baş nazirdən dərslərlə bağlı qərar

Baş nazirdən dərslərlə bağlı qərar
  11 Sentyabr 2021    Oxunub:1905
Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanacaq və əyani formada təşkil ediləcək:

- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;
- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;
- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan.

Azvision.az



Teqlər: Baş-nazir  





Xəbər lenti