Pakistan Əfqanıstana aviauçuşları bərpa edir

Pakistan Əfqanıstana aviauçuşları bərpa edir
  11 Sentyabr 2021    Oxunub:1748
Pakistanın milli aviadaşıyıcısı “Pakistan International Airlines” 13 sentyabr tarixindən etibarən Kabilə sərnişin uçuşlarını bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “BOL News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, artıq hava şirkətinə Əfqanıstan Mülki Aviasiya İdarəsi tərəfindən Kabil hava limanına enmək üçün icazə verilib. Əfqanıstan marşurutunda “Airbus 320” təyyarələrindən istifadə ediləcək.

Ölkənin “Ariana Afgan” hava yolu şirkəti gələn həftədən etibarən beynəlxalq uçuşları bərpa etmək niyyətində olduğunu açıqlayıb. Bildirilib ki, uçuşlar Türkiyə və Qətərin texniki dəstəyi ilə yenidən başlayacaq. Hansı istiqamətlərə uçuşların həyata keçriləcəyi isə açıqlanmayıb. Bundan əvvəl yerli KİV-lər Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına uçuşların bərpa edə biləcəyini yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pakistan  



Xəbər lenti